03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çindən Avropaya göndərilən ilk blok qatar Bakı Limanından yola salınıb

16.06.2022

Çinin əsas sənaye mərkəzlərindən olan Çendu şəhərindən "Orta Dəhliz”dən keçməklə Avropaya göndərilən ilk blok qatar ötən gecə Bakı Limanına çatıb. İki dəniz aşaraq Avropaya gedəcək qatar 49 konteynerdən ibarətdir.

"DM" xəbər verir ki, bu barədə jurnalistlərə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın Aktau limanından Bakıya operatoru "ADY Konteyner” MMC olan "Beket Ata” gəmisi ilə gətirilən konteynerlərin, Bakı Limanının peşəkar komandası tərəfindən operativ şəkildə gəmidən boşaldılaraq platformalara yüklənməsi əməliyyatı icra edilib. Son təyinat nöqtəsi Avropanın müxtəlif şəhərləri olan bu 40 futluq konteynerlər, platforma üzərində Gürcüstanın Batumi limanına yola salınıb. Daha sonra isə konteynerlər fider gəmisi vasitəsilə Batumi limanından Rumıniyanın Konstanta limanına, oradan isə qatarla Avropanın müxtəlif şəhərlərinə göndəriləcək.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri "KTZ Express”, "ADY Konteyner” MMC və "GR Logistics and Terminals”-in təşkilatçılığı çərçivəsində, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə əməkdaşlıq nəticəsində icra edilir.

Xatırladaq ki, təkcə bu il ərzində Çinin müxtəlif istiqamətlərindən Avropa şəhərlərinə göndərilən bir neçə blok qatarı Azərbaycandan keçməklə Bakı Limanı vasitəsilə daşınıb. Limanın müasir texniki imkanları və peşəkar kadrları sayəsində bu yüklərin operativ qayda da qəbul edilməsi və yola salınması əməliyyatı icra edilir və bu da yük sahibləri üçün Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin daha da cəlbedici olmasına böyük töhfə verir.