21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yuşşenko: “Yalnız Ukrayna qələbə qazananda sülh olacaq”

16.06.2022

Rusiya işğalçıdır, müharibənin qurbanı Ukraynadır.

"DM" xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko IX Bakı Qlobal Forumu çərçivəsində "Qlobal Dünya Düzəninə Təhdidlər”mövzusunda onlayn formatda çıxış edərkən deyib.

O xatırladıb ki, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan münaqişələrlə üzləşib.

Sabiq prezidentin sözlərinə görə, bu münaqişələr nə Ukrayna, nə Dnestryanı, nə də Qarabağla bağlıdır, bu, Rusiyanın siyasəti ilə əlaqəlidir.

Yuşşenko deyib ki, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişə böhranı yaşanır: "İşğalçı Rusiyadır, müharibənin qurbanı Ukraynadır. Bizim tərəfdaşlarımız bunu anlayır, onların sayı çoxdur.

Bu gün Avropada "Putinizm” anlayışı meydana çıxıb. Bu, korrupsioner və təhlükəli sistemdir, onun miqyası böyükdür. Son 20 ildə Qərbdə Putin özü korrupsioner bir sistem yarada bilib. Qərb siyasətçiləri təqaüdə çıxanda

Moskvaya gedir, "Qazprom”, "Rosneft”də sıraya düzülür və yüksək maaşlı post istəyirlər. Baş nazirlər, nazirlər, hətta kanslerlər bu cür eyni yolu gedib”.

Sabiq prezident qeyd edib ki, hazırda Rusiyada azad media bağlanıb, müxalifət həbsdədir, minlərlə rusiyalı - bu müharibənin fərqində olanlar ölkəni tərk etmək məcburiyyətində qalıb: "Bu elementlər "Putinizm” anlayışını izah edir”.

Yuşşenko vurğulayıb ki, Gürcüstanın və Ukraynanın NATO-ya namizədliyi Buxarest konfransında Fransa və Almaniya liderləri tərəfindən əngəllənib: "Bu məsələ ilə bağlı müzakirələrdən sadəcə bir neçə ay sonra Putinin ordusu Gürcüstana qarşı işğalçılıq müharibəsi başladı”.

Onun sözlərinə görə, Qərbdə bəziləri Ukraynaya təklif edir ki, kompromisə gedib torpaq güzəşt etsin: "Bu, qəbuledilməzdir”.

Yuşşenko diqqətə çatdırıb ki, son aylarda Avropa Rusiya qazı üçün 93 milyard dollar ödəyib, Ukrayna isə yalnız 8 milyard dollar humanitar və hərbi dəstək.

"Ukrayna məsələsi qlobal məsələdir. Bu, ancaq Ukraynanın məsələsi deyil. Biz qalib gəlməliyik! Yalnız biz qələbə qazananda sülh olacaq”, - o əlavə edib.