Zurabişvili Azərbaycana təşəkkür edib
16.06.2022
Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün konturlarını müəyyən etməlidirlər.
"DM" xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün "Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumundakı çıxışında mərasimində deyib.
"Sabah Gürcüstanda qadınların beynəlxalq konfransı baş tutacaq. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik. Mən bu foruma ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edirəm və forumun fəaliyyətində uğurlar arzulayıram”, - o vurğulayıb.