Albaniya Prezidenti: “Azərbaycan Avropanın enerji təchizatının təmin edilməsinə mühüm töhfə verir”
16.06.2022
"Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinin təmin edilməsinə mühüm töhfə verir”.
"DM” xəbər verir ki, bunu Albaniya Prezidenti İlir Meta IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinə ümidvarıq və bu, Avropaya qaz nəqlinin artırılmasına kömək edəcək.
İ.Metanın sözlərinə görə, bugünkü forum müasir dövrün mühüm məsələlərini, o cümlədən Ukraynadakı müharibəni, pandemiyanın nəticələrini, enerji təhlükəsizliyi məsələlərini müzakirə etməyə imkan verəcək.
"Ukraynadakı müharibənin 2023-cü ildə ərzaq qıtlığına səbəb olacağını gözləyirik. Üstəlik, enerji təhlükəsizliyi də təhdid altındadır. Odur ki, bütün bu məsələləri burada müzakirə etməyi planlaşdırırıq”, - Albaniyanın dövlət başçısı vurğulayıb.