Çavuşoğlu "Şuşa Bəyannaməsi"nin ildönümü ilə bağlı paylaşım edib
15.06.2022
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Şuşa Bəyannaməsi"nin imzalanmasının bir ilinin tamam olması ilə bağlı paylaşım edib.
"DM" xəbər verir ki, Türkiyə XİN başçısı bu barədə "Twitter"də paylaşıb.
"Can Azərbaycanla təbii müttəfiqliyimizi gücləndirən "Şuşa Bəyannaməsi"nin ildönümü mübarək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı", paylaşımda qeyd olunub.