Azərbaycan neftinin qiyməti KƏSKİN ARTIB
15.06.2022
Dünya bazarında "Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
"DM" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,57 ABŞ dolları və ya 3,5% artaraq 133,34 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.