Azərbaycanda daha 19 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
14.06.2022
Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, doqquz nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 103 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, 85 nəfər aktiv xəstə sayını təşkil edib.
Ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 217, bu günə qədər isə ümumilikdə 6 926 715 test icra olunub.