Honkonqu Çindən ayırmağı tələb edən qurum bağlandı
24.09.2018
Honkonq hökuməti rəsmi şəkildə bölgənin Çindən ayrılmasını tələb edən Honkonq Milli Partiyasının fəaliyyətini qadağan edib.
"Dövran Media" xəbər verir ki, bu barədə qərarı Honkonqun Təhlükəsizlik məsələləri üzrə katibi Con Li verib. Qərar verildiyi andan etibarən qüvvəyə minib.
Bundan sonrakı dönəmdə partiyaya üzvlük, onun adından dəstələr formalaşdırmaq, partiya üçün ianələr toplamaq qeyri-qanuni elan edilib.