21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Almaniyada illik inflyasiya ən yüksək həddə çatıb

14.06.2022

Almaniya da illik inflyasiya 7,9%-ə yüksəlib.

"DM" xəbər verir ki, bu barədə Almaniya Federal İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Avropa İttifaqında ən böyük iqtisadiyyatı olan Almaniyada inflyasiya may ayında 7,4%-dən 7,9%-ə yüksəlib.

Almaniya Federal İdarəsinin prezidenti Georq Til artıq 3-cü aydır ki, inflyasiya göstəricilərinin yüksək həddə çatdığını deyib:

"Bunun əsas səbəbi enerji qiymətlərinin artmasıdır. Lakin bundan əlavə, digər mallar, xüsusilə də ərzaq məhsullarında qiymət artımını müşahidə edirik".