Qeydiyyatı olmayan şəxs bu qəbiristanlıqda dəfn olunmayacaq
14.06.2022
Yeni Suraxanı qeydiyyatında olmayanlar qəbiristanlıqda dəfn olunmur.
"DM" xəbər verir ki, bu barədə Yeni Suraxanı qəsəbəsində yerləşən qəbiristanlığın girində asılan elanda bildirilib.
Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Quliyev saytımıza açıqlamasında rəhmətə gedən şəxsin mütləq Suraxanı qeydiyyatında olmasını təsdiqləyib:
"Bu, yeni qanun deyil. Elan da verilib ki, orada yalnız qeydiyyatı olanlar dəfn oluna bilər. Hər kəsi kənd qəbiristanlığında dəfn etsələr, 2 ilə orada yer qalmaz. Ora xeyriyyəçilərin öz hesablarına aldıqları torpaqlardır. Adam var 20-25 ildir Suraxanıda yaşayır, amma qeydiyyatı başqa rayonadır. O zaman dəfn mərasimi öz rayonunda olmalıdır. Bu qanun 30 ildir kənd ağsaqqalları tərəfindən təsdiq edilib və belə də davam edir. Bu fikir dəyişilməz olaraq da qalacaq”.