Londonda Azərbaycanın biznes və investisiya imkanları təqdim ediləcək
14.06.2022
Bu gün Londonda keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində "Doing business in Azerbaijan" mövzusunda panel müzakirələri təşkil olunacaq.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, tədbir çərçivəsində AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanları təqdim ediləcək.