Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANIB
14.06.2022
Dünya bazarında "Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
"DM" xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 0,16 ABŞ dolları və ya 0,12% ucuzlaşaraq 128,77 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.