21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakıda qəzaya düşən türkiyəli pilot cərimələnib

14.06.2022

Türkiyəli pilot Cem Bölükbaşı Beynəlxalq Avtomobil Federasiyası tərəfindən cəzalandırılıb.

"DM" xəbər verir ki, cəzaya səbəb "Formula-2” dünya çempionatında Bakıda mübarizə aparan 24 yaşlı pilotun atası ilə israilli sürücü Roy Nissaninin məşqçisi arasında dava olub.

Belə ki, 16-cı yerdə gedən Çexiyanın "Xarouz” komandasının pilotu Bölükbaşı 12-ci dövrədə Fransanın DAMS komandasının pilotu Nissani ilə toqquşub. Nəticədə hər iki bolid baryerə çırpılaraq mübarizədən kənarda qalıb. Qəzadan sonra Nissaninin "pitdə bir axmaq var”, Cemin isə "mənə o vurdu” deməsi rabitə dialoqlarında eşidilib.

İki sürücünün yarışdan kənar qalması incələnib və günahkar Nissani bilinərək ona daha sonrakı yarışa üç sıra geridən başlama cəzası verilib.

Bununla belə, Cemin atası Yavuz Bölükbaşı və meneceri Temuçin Ünalp yarışdan sonra DAMS komandasının qarajına gediblər. Nissaninin məşqçisi Françesko Martineslə onlar arasında mübahisə olub. Cemin atası ilə Martines bir-birlərini itələyiblər.

Bu səbəbdən FIA Yavuz Bölükbaşının "Formula-2”nin sonrakı mərhələsinə qatılmasını qadağan edib. Cem Bölükbaşıya isə 5 min avro pul cəzası verilib.