"Zara" reklamı: ayaqqabını çörək üzərinə qoyub - Foto
13.06.2022
İspaniyanın dünya şöhrətli geyim markası "Zara”nın son reklamı sosial şəbəkədə tənqid hədəfinə çevrilib.
"DM" Publika.az-a istinadən xəbər verir ki, tanınmış firma 50 avroya satışa çıxardığı ayaqqabıları çörəyin üzərinə qoyaraq reklam edib. Sosial şəbəkələrdə yayılan nəhəng geyim markasının bu görüntülərini insanlar tənqid edib və bərəkətə hörmətsizlik kimi qiymətləndiriblər. Məlum kadrlar türkiyəli məşhur müğənni Yıldız Tilbəni də hiddətləndirib.
"Dünyada və bizdə bu qədər ac, ehtiyac içində yaşayan insanlar olduğu halda, çörək necə təhqir edilə bilər? Allah cəzanızı versin, əclaflar! O nemət vursun sizi, ayaqlar altında özünüz qalın, inşallah” , - müğənni Tvitterdə markanın çirkin reklamına irad bildirib.