Bu şəhər meri Rusiyanın tərəfinə keçib
13.06.2022
Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Svyatoqorsk şəhərinin meri Vladimir Bandura Rusiyanın tərəfinə keçib.
"DM" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, o, müharibə ərzində "ikili agent” olub.
Belə ki, "dxr”in separatçı rəhbəri Denis Puşilin Bandura ilə uzun müddət əlaqə saxladığını etiraf edib. Hazırda Bandura Svyatoqorsk meri vəzifəsində saxlanılıb.