Türkiyə ordusu bu tarixdə əməliyyata başlayacaq
13.06.2022
Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi sərhəd əməliyyatı başa çatdıqdan sonra Suriyada yeni hərbi əməliyyat başlaya bilər.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət” qəzeti yazıb.
Qəzetin məlumatına görə, əməliyyatın başlanması üçün əmr 9-12 iyul tarixlərdə qeyd olunacaq Qurban bayramından sonra veriləcək.
"Suriya əməliyyatı üçün əvvəlcə "Pəncə-Kilid” əməliyyatının bitmə tarixi önəmlidir. Türkiyə ordusu bu əməliyyatın uğurla başa çatmasını gözləyir. Digər tərəfdən, Türkiyə ordusunun Suriyanın şimalındakı hücumunun əsas istiqamətləri kimi müəyyən edilən Tel-Rifat və Menbiç əməliyyatları üçün ordu qruplaşmasının formalaşdırılması hələ tam başa çatmayıb”, - qəzet bildirib.