Avropanın 3 lideri bu tarixdə Kiyevə gələcək
13.06.2022
Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqinin Ukraynaya səfəri iyunun 16-da baş tuta bilər.
"DM" xəbər verir ki, bu barədə "La Stampa” məlumat yayıb.
Qeyd olunur ki, hər üç liderin səfəri AB Şurasının iclası, Almaniyada keçiriləcək G7 və NATO sammitindən əvvəl baş tutacaq.