Paşinyan generalların həbsinə başlayir
10.06.2022
Ermənistan parlamentinin İkinci Qarabağ müharibəsini araşdıran İstintaq Komissiyası son günlər fəal şəkildə şübhəliləri dindirməyə çağırır.
"DM" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"İravunk” qəzeti yazıb ki, Ermənistan Müdafiə Nazirliyində bəzi generalların həbsi gözlənilir.
"Xüsusilə də keçmiş Baş Qərargah rəisi Artak Davtyana yaxın şəxslər Ermənistan hakimiyyətinin hədəfindədir”, - məlumatda qeyd olunub.