21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ombudsman: "Məişət zorakılığı, erkən nikah və boşanmaların sayı artıb"

10.06.2022

"Son dövrlərdə məişət zorakılığı, erkən nikah və boşanmaların sayı çoxalıb".

"DM"  xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 18 İyun – İnsan hüquqları günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində elan olunmuş" İnsan hüquqları aylığı” çərçivəsində "Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

O bildirib ki, Ombudsman Aparatına ötən dövr ərzində məişət zorakılığı, yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq, aliment məsələləri, erkən nikahlar, qəyyumluq və s. bağlı müraciətlər daxil olub.

Müraciətlər operativ qaydada araşdırılıb və nəzarətə götürülüb.

Səbinə Əliyeva, həmçinin qeyd edib ki, son dövrlər erkən nikah və boşanmalarla bağlı artımların olması narahatedici haldır:

"Bu istiqamətdə maarifləndirici tədbirlər keçirilir və bu fəaliyyət davam etdirilməlidir. Bu işdə beynəlxalq təcrübədən də istifadə olunmalıdır".

Ombudsman çıxışında alimentlərin ödənilməsi ilə bağlı problemlərin olduğunu da qeyd edib:

"Borclu tərəf alimentin ödənişinin mahiyyətini bəzən başa düşmür. Qarşı tərəfə olan münasibətinə əsasən pulu ödəməkdən yayınmağa çalışır. Bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilməlidir".