Açıqladı - Yanvarda “Çelsi”dən ayrılacaq
23.09.2018
"Çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin inamını qazana bilməyən Qari Keyhill yanvar ayında komandadan ayrıla bilər.
"Dövran Media" xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən müdafiəçi hazırkı vəziyyətindən razı olmadığını bildirib:
"Oynamamağı qəbul edəcək futbolçu deyiləm. Bəzən karyeran üçün çətin qərarlar vermək məcburiyyətində qalırsan. 7 ildir böyük işlərin bir parçası olan futbolçu kimi, hazırkı vəziyyətimdən razı deyiləm. Bəli, böyük ehtimalla, yanvarda komandadan ayrılacam".
2012-ci ildən "zadəganlar"ın şərəfini qoruyan ingiltərəli stopper 189 oyuna 13 qol vurub.