23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukrayna kəşfiyyatı: Rusiya raket ehtiyatlarının 60%-ni istifadə edib

10.06.2022

Ukraynada indi artilleriya müharibəsidir və hər şey Qərbin bizə nə verməsindən asılıdır.

"DM"-nın xəbərinə görə, bunu Ukrayna hərbi kəşfiyyat xidmətinin rəis müavini Vadim Skibitski "Guardian”a açıqlamasında deyib.

O bildirib ki, Ukrayna cəbhə xəttində artilleriya baxımından Rusiyaya qarşı uduzur və indi Rusiyanı uzaqda saxlamaq üçün yalnız Qərbin tədarük etdiyi silahlara arxalanır.

Vadim Skibitski müharibənin gələcəyinin döyüş meydanında müəyyənləşəcəyini qeyd edib.

O, Rusiyanın hər 10-15 artilleriya vasitəsinə qarşılıq Ukraynanın yalnız 1 artilleriya vasitəsi olduğunu vurğulayıb: "Biz demək olar ki, bütün artilleriya sursatımızı istifadə etmişik və indi NATO standartındakı 155 millimetrlik mərmilərdən istifadə edirik”.

Skibitski Ukraynanın gündəlik 5-6 min artilleriya atəşi açdığını və münaqişənin əsasən artilleriya müharibəsi olaraq qalacağını deyib.

O əlavə edib ki, raket ehtiyatları tükənməkdə olan Rusiya sovet istehsalı köhnə sistemlərin istifadəsinə keçib: "Biz Rusiyanın daha az raket hücumları etdiyini və H-22 raketlərindən də istifadə etdiyini müşahidə edirik. Onlar isə 1970-ci illərin köhnə sovet raketləridir. Bu Rusiyanın raket ehtiyatının tükəndiyini göstərir”.

Skibitski sanksiyalar səbəbi ilə Rusiyanın istifadə etdiyi raketlərin yerini doldurmaqda çətinlik çəkdiyini və artıq raket ehtiyatlarının təxminən 60%-ni istifadə etdiyini qeyd edib.