Ruslar Xarkovda döyüşməkdən imtina ediblər
10.06.2022
Xarkov vilayətində verdikləri itkilərə görə 1-ci Ordu Korpusundan olan rus motoatıcı bölməsi tam tərkibdə döyüşməkdən imtina edib.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Eyni zamanda, Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində zorla səfərbər edilmiş şəxsi heyətlər də döyüşlərdən imtina edir”, - məlumatda deyilib.