"Türkiyə Ordusu Azərbaycanın yanındadır"
09.06.2022
Türkiyə Ordusu tarixi və mədəni məsuliyyəti nəzərə alaraq, dost və qardaş ölkələrin, xüsusilə Azərbaycan və Liviyanın haqlı mübarizələrində onların yanındadır.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri sərhədlərin təhlükəsizliyini təmin edərək, başda FETÖ olmaqla PKK/YPG, İŞİD kimi terror təşkilatları ilə daxildə və xaricdə mübarizə aparır, bununla Türkiyənin maraq və mənafelərini qətiyyətlə qoruyur.