Mirzoyan: Lavrovla Qarabağı müzakirə etdik
09.06.2022
Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş konstruktiv və səmimi keçdi.
"DM" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Bu gün ikitərəfli əməkdaşlıq, beynəlxalq platformalarda tərəfdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair konstruktiv və səmimi görüşümüz oldu”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair mümkün razılaşmanı, eləcə də Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.