İrandan sərt açıqlama: ABŞ peşman olacaq
23.09.2018
ABŞ-ın dəstəklədiyi Körfəz ölkələri Əhvazdakı hücuma görə məsuliyyəti üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardımlar göstərir.
"Dövran Media" xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
"ABŞ Körfəz ölkələrini bu cinayətləri törətmək üçün resursla təmin edir. İran bu cinayətlərə hüquqi və beynəlxalq mənfəətləri çərçivəsində cavab verəcək. ABŞ gücə sahib olanın dünyada cəzasız qalacağına inanaraq hərəkət edir. Onlar İranda etimadsızlıq mühiti yaratmaq istəsələr də buna nail ola bilmədilər. İran sanksiyaların öhdəsindən gələcək. ABŞ təcavüzkarlığına görə peşman olacaq”, - Ruhani bildirib.
Qeyd edək ki, İranın Əhvaz şəhərində hərbi parad zamanı təşkil olunan hücum nəticəsində ölənlərin sayı 25, yaralıların sayı isə 60-dan çox olub.