Ukrayna və Rusiya 100 hərbçinin meyitini dəyişib
08.06.2022
Ukraynanın Zaporojye vilayətində cəbhə xəttində ölən hərbçilərin meyitləri Ukrayna ilə Rusiya arasında "50-nin 50-yə” prinsipi ilə dəyişdirilib.
"DM" xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 50 nəfərdən 37-si Mariupolun 3 aya yaxın mühasirədə qalan "Azovstal” polad zavodunu müdafiə edən hərbçilər olub.
"Ölən Ukrayna hərbçilərinin nəşlərinin qaytarılması prosesi davam edir”, - qurum vurğulayıb.