21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Binəli Yıldırım Ermənistana çağırış edib

08.06.2022

"Qarabağın 30 illik işğalı dövrü ərzində bir milyondan artıq azərbaycanlı qardaşımız öz yurd-yuvasını tərk etmək məcburiyyətində qaldı. Bu dövr ərzində baş qaldıran iqtisadi problemlər səbəbindən erməni xalqı da bir çox çətinliklərlə üzləşdi. ATƏT-in Minsk qrupu, Birləşmiş Millətlər Təşkilatı bu otuz il ərzində sadəcə danışdı və heç bir nəticə əldə edə bilmədi. Nəhayət ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə bu problem öz həllini tapdı".

Bu fikirləri Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım İstanbulda keçirilən XXV Avrasiya İqtisadi Zirvə toplantısında çıxışı zamanı bildirib.

Hazırda bölgə xalqları olaraq bizim öhdəliyimizdə olan vəzifənin bu coğrafiyanın inkişafına töhfə vermək, buranı sülhün və əmin-amanlığın məskəninə çevirmək olduğunu vurğulayan Binəli Yıldırım qeyd edib ki, hazırda atılan addımlar var və bu addımlar heç də uğursuz hesab olunmur:

"Qarabağda uzun illərdir biganə yanaşılan infrastruktur Azərbaycan dövləti tərəfindən yenidən qurulur, yollar və kommunikasiya xətləri çəkilir. Türkiyə olaraq bizim bütün bu olanlara münasibətimiz aşkardır".

Binəli Yıldırım Ermənistan tərəfinə də çağırış edib:

"Bundan sonra Ermənistan xarici qüvvələrin onun daxili işinə qarışmasına imkan verməməli, öz xalqı, öz dövlətinin, bölgəmizin sülh və sabitliyinə töhfə verməlidir. Ermənistanın bu istiqamətdə atdığı hər addıma qarşılıq olaraq biz də müvafiq müsbət addımlar atacağıq".