Şərqi Zəngəzur və Qarabağa televiziya yayım kanalları ayrılıb
08.06.2022
Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb.
"DM" xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib.
Belə ki, Audiovizual Şura Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən Şuraya daxil olmuş 18 mart 2022-ci il tarixli 109-1-9/399-22 nömrəli məktubu, bununla bağlı Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin 06 iyun 2022-ci il tarixli 1 nömrəli rəyini nəzərə alaraq, ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılsın:
Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan 47-ci TV yayım kanalı (maksimal şüalanma gücü 40 dBVt olmaqla);
Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik RTYS-dan 43-cü TV yayım kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" avtomatik RTYS-dan 26-cı TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dan 43-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" avtomatik RTYS-dan 23-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla).
2. Siyahıda qeyd olunan radio-televiziya yayım stansiyalarından ayrılmış TV yayım kanallarından yayım həyata keçirəcək ümumölkə və regional (Şərqi Zəngəzur və Qarabağ bölgələri üzrə) yerüstü televiziya yayımçıları həmin radiotezliklərdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versinlər.
3. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin