ABŞ-dakı Rusiya səfirinə təklif
08.06.2022
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov poçtla Rusiya prezidentinin hərəkətlərini pisləmək təklifi barədə məktub alıb.
"DM" xəbər verir ki, bu barədə səfir özü bildirib.
"Mənə vətənimdən imtina etmək və ABŞ Dövlət katibinin birinci müavini Vendi Şermanın ofisinə müraciət etmək təklif olunub. Diplomatik missiya artıq ABŞ Dövlət Departamentindən buna dair izahat tələb edib. Rusiyanın Vaşinqtondakı səfirliyində FTB-nin əlaqə kartları paylanılır və xüsusi xidmət orqanlarına danışmaq təklif edirlər. Bundan əlavə, vaxtaşırı Amerika mətbuatında rus hərbçiləri və diplomatlarını vətənlərinə xəyanət etməyə çağıran yazılar dərc olunur”, - o bildirib.