10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Çin ABŞ-dan imtina edib

22.09.2018

ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etmək barədə qərarından sonra Pekin Vaşinqtonla yeni ticarət məsləhətləşmələrindən imtina edib.
Xarici KİV-lər  xəbər verir ki, ÇXR Dövlət Şurasının vitse-prezidenti Lü He gələn həftə nümayəndə heyəti ilə Birləşmiş Ştatlara getməyə hazırlaşsa da, sonradan səfər ləğv edilib.
Dünyanın ən böyük iki iqtisadiyyatı arasında gərginliyin azaldılmasına yönələn danışıqlara nəzarət ABŞ-ın maliyyə naziri Stiven Mnuçinə həvalə olunub.
Xatırladaq ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10 faizlik yeni rüsumlar tətbiq ediləcəyini bildirib. Qərar sentyabrın 24-dən qüvvəyə minməlidir. Yanvarın 1-dən isə tariflərin 25 faizədək artırılması nəzərdə tutulur. Pekinin cavab tədbirləri görəcəyi təqdirdə Donald Tramp rüsumların üçüncü mərhələsinin də tətbiq olunacağını istisna etmir.