Ukrayna ordusu irəliləyir, vəziyyət pisdir - Separatçı
08.06.2022
"Dxr”in keçmiş lideri İqor Qirkin Xerson-Nikolayev istiqamətində rus ordusunun vəziyyətinin pisləşdiyini etiraf edib.
Bu barədə o, Teleqramda məlumat yayıb.
"Ukrayna silahlı qüvvələri rusları sıxışdırıb çıxarır və artıq bir neçə kilometr irəliləyib. Rus qoşunları Xerson-Nikolayev cəbhəsində mövqelərini itirirlər. Digər tərəfdən, Ukrayna əsgərləri Çernobayev və Snigirevski istiqamətlərində zərbə qrupları qurur. Hazırda Ukrayna ordusu Çernobayevka (Xersonun şimal-qərbində yerləşən kənd) və Snigirevka (Xersonun şimal-şərqindəki kənd) istiqamətlərində zərbə qrupları yaratmağa davam edir”, - o bildirib.