Çavuşoğlu və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
08.06.2022
"Qafqazda "3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik. Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm”.
"DM” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.
"Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”, - XİN başçısı qeyd edib.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada Türkiyə və Rusiya XİN başçıları arasında görüş olub.