Çavuşoğlu : “Həm Rusiya, həm də Ukrayna taxılın çıxarılmasına razılıq verməlidir"
08.06.2022
"Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə plan mövcuddur”.
"DM"-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, bu mexanizm Türkiyəni qane edir, lakin həm Rusiya, həm də Ukrayna tərəfinin də bu plana razılıq verməsi lazımdır.