Ermənistanda “poqonlu”lar kütləvi şəkildə işdən çıxır
08.06.2022
Ermənistanın Polis, İstintaq Komitəsi və digər güc strukturlarının müstəntiqlərinin böyük bir hissəsi işdən çıxmaq üçün ərizə yazıb.
"DM" xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
"Bəs səbəb nədir? Bizdə olan məlumata görə, onlar başqa işə keçmək istəyirlər. Xüsusən də çoxu Korrupsiyaya qarşı Mübarizə Komitəsində işə düzəlmək istəyir. Üstəlik, artıq rayon və inzibati ərazi dairələri üzrə istintaq idarələrinin rəisləri və polis idarələrinin rəisləri daha yüksək maaşla Korrupsiyaya qarşı Mübarizə Komitəsinə işə qəbul olunmaq üçün imtahan verəcəklər.
Bir sözlə, hüquq-mühafizə orqanlarından Korrupsiyaya qarşı Mübarizə Komitəsinə kütləvi axın başlayıb və onların rəhbərləri boş qalan iş yerlərini necə dolduracaqlarını bilmirlər. Dövlət sistemində kadr çatışmazlığı var”, - məlumatda deyilir.