Səfir: “Yaponiya ilə Azərbaycan bir sıra layihələr həyata keçirəcək”
08.06.2022
"Azərbaycanla Yaponiya arasında bir sıra layihələr həyata keçirilib. Bunlar əsasən içməli su təchizatında suvarma, təhsil və səhiyyə sahəsində olub".
Bunu açıqlamasında Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada bildirib.
Onun sözlərinə görə, bundan sonra da iki ölkə arasındakı bu cür layihələr davam edəcək:
"Eyni zamanda, kənd təsərrüfatı, tullantıların idarə olunması sahələrində də yeni layihələrin həyata keçirilməsi gözlənilir”.