Rusiya Slavyansk istiqamətində hücuma keçib
08.06.2022
Rusiya taktiki vəziyyəti yaxşılaşdırmaq üçün Slavyansk istiqamətində hücum əməliyyatları həyata keçirir.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Qoşunlarımız hücumun qarşısını almaq üçün İzyum ərazisində hazırlıq işləri aparır. Xarkov istiqamətində düşmənin əsas səyləri işğal olunmuş yerləri saxlamaqdır. Onlar hərbçilərimizin irəliləməsinin qarşısını almaq üçün ərazinin minalanmasını davam etdirirlər. Rusiya Rayqorodok yaşayış məntəqəsi istiqamətində kəşfiyyata cəhd edib, lakin uğursuz şəkildə geri çəkilib”, - məlumatda deyilir.