Ankarada Çavuşoğlu-Lavrov görüşü başlayıb
08.06.2022
Rusiya və Türkiyə xarici işlər nazirlərinin Ankarada görüşü başlayıb.
Məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov Ankarada səfərdədir.
O, türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə Ukrayna, Suriya, Əfqanıstan böhranını, eləcə də Ukrayna taxılının ixracı məsələsini müzakirə edəcək.
Rusiya XİN Lavrov-Çavuşoğlu görüşündə Qarabağ nizamlanmasının da müzakirə olunacağını açıqlayıb.