Moskva və Kiyevlə danışırıq, ilkin nəticə var
08.06.2022
Dəhliz necə işləyəcək? Kim limanları minalardan təmizləyəcək? Hansı gəmilər yükdaşıyıcıları müşayiət edəcək? - bunlar müzakirə mövzusu olaraq qalır.
"DM" xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə mediasına açıqlamasında Qara dəniz limanlarından taxıl ixracı haqda danışarkən deyib.
O bildirib ki, bununla bağlı müəyyən irəliləyişlər var:
"Biz Rusiya və Ukrayna ilə dialoqu davam etdiririk. Çalışırıq ki, bu məsələdə tez bir zamanda nəticə əldə edək”.