ABŞ-dan Şimali Koreyaya xəbərdarlıq
07.06.2022
İstənilən nüvə sınağı BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulması deməkdir. Bu sınağa tez və çox sərt cavab veriləcək.
Bu barədə ABŞ Dövlət katibinin müavini Vendi Şerman Cənubi Koreyanın paytaxtı Seulda həmkarı Ço Hyun-donqla görüşdən sonra bölgədə artan gərginliklə bağlı açıqlamasında deyib.
Şerman Şimali Koreyanı sabitliyi pozmağa və təxribatçı hərəkətlərinə son qoymağa və diplomatiya yolunu seçməyə çağırıb.