Zelandiya Rusiyaya yeni sanksiya tətbiq edib
07.06.2022
Yeni Zelandiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarusun 44 şirkətinə əlavə sanksiyalar tətbiq edib.
Bunu Yeni Zelandiya xarici işlər naziri Nanai Mahuta deyib.
"Rusiyanın əsas gəlir mənbəyi olan şirkətlərindən biri də "Qazprom”dur. Yeni zelandiyalılara bu şirkətlərlə iş görmək qadağan ediləcək. Silah və hərbi texnologiya istehsal edən şirkətlərə də sanksiyalar tətbiq etmişik”, - nazir bildirib.