Rusiya etiraf edib: 12 zabit buna görə cəzalanıb
07.06.2022
Ukraynada müharibəyə 600-ə yaxın çağırışçı cəlb olunub, nəticədə 12-yə yaxın zabit cəzalandırılıb.
"DM" xəbər verir ki, bunu Rusiyanın Qərb dairəsinin hərbi prokuroru Artur Yegiyev deyib.
"600-ə yaxın çağırışçı xüsusi hərbi əməliyyata cəlb olunub, onların hamısı qısa zamanda geri qaytarılıb. Aşkar edilmiş bütün qanun pozuntularına görə intizam tənbehi tədbirləri görülüb. Hətta bu pozuntulara yol vermiş vəzifəli şəxslərin hərbi xidmətdən xaric edilməsi haqqında qərarlar qəbul edilib”, - o bildirib.