2 yaşlı uşaq atasını güllələyərək öldürüb
07.06.2022
ABŞ-ın Florida ştatında 2 yaşlı uşaq tapança ilə oynayarkən atasını kürəyindən güllələyərək öldürüb.
"DM" xəbər verir ki, həyat yoldaşı 28 yaşlı Mari Ayala ilk tibbi yardım göstərsə də, 26 yaşlı Reqqi Mabri xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı Mari Ayala həbs edilib.
Faktla bağlı araşdırma aparılır.