Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı İstanbulda görüş keçirilə bilər
07.06.2022
Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmilərinin iştirakı ilə Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı görüş bu həftə İstanbulda baş tuta bilər.
Bu barədə "TRT Haber” Türkiyə Prezidenti ofisinə istinadən məlumat yayıb.
Türkiyə və Ukraynanın danışıqlara hazır olduğu vurğulanıb.
Qeyd olunub ki, dəqiq tarix Rusiyadan gələn cavabdan sonra müəyyənləşəcək.