Türkiyə hədəfdə – Duqindən xəbərdarlıq
04.01.2018
Amerikalıların hədəfi Türkiyənin daxilindəki stabilliyi pozmaqdır.
Bu sözlər rusiyalı filosof və ideoloq Aleksandr Duqinin "Aydınlıq” qəzetində dərc olunan məqaləsində yer alıb.
"Amerikanın Türkiyəyə qarşı sanksiya tətbiq etmək üçün bir bəhanəyə ehtiyacı var. Bizim və İranın başına gələnlər göstərir ki, Türkiyə bunun qarşısını ala bilməyəcək. Dolayısı yolla buna hazır olmalısınız. ABŞ-ın gerçəyə ehtiyacı yoxdur. Türkiyəyə təzyiq üçün siyasi şou halına gələcək sanksiyalara hazır olmalısınız. Tək çarə Türkiyənin Rusiya, İran və Çinlə əlaqələrini artırmasıdır. Sanksiyalara hazır olmasanız, bu qərbyönlü qruplara Ərdoğana hücum üçün işarə olacaq”, – deyə o qeyd edib.Axar.az