İrəvanda KTMT-nin növbəti iclası keçiriləcək
07.06.2022
İyunun 10-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə KTMT-nin Baş katibi Stanislav Zasın iştirak edəcəyi KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
"DM" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, diplomatik departamentlərin rəhbərləri beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini, onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər. Eyni zamanda, təşkilatın müasir geosiyasi reallıqlarda böhrana reaksiya mexanizminin təkmilləşdirilməsi istiqamətində Katiblik və KTMT Birgə Qərargahı tərəfindən həyata keçirilən işlər barədə məlumat veriləcək.