Ukrayna bu şəhərin bir hissəsini geri alıb
07.06.2022
Ukrayna Severodonetskin bir hissəsini geri aldı, lakin Rusiya şəhərin şimal və cənubla əlaqəsini kəsməyə çalışır. Şərq rayonlarının işğalı isə davam edir.
"DM" xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiyanın əsas planı Severodonetskin həm şimal, həm də cənubla əlaqəsini kəsilməsidir. Rusiya regionun cənub istiqamətində uğur qazanıb. İzyum yaxınlığının güclü atəşə tutulması ilə bağlı xəbərlər Rusiyanın şimal istiqamətində yeni hücumlara hazırlaşdığını göstərir. Rusiya taktiki nailiyyətləri əməliyyat səviyyəsində uğura çevirmək üçün bu istiqamətlərdən ən azı birində irəliləyiş əldə etməlidir. Kreml öz siyasi məqsədinə doğru irəliləmək isə bütün Donetsk vilayətinə nəzarət etmək istəyir”, - məlumatda deyilir.