Telekanal prezidentin fotosuna görə əməkdaşını qovdu
22.09.2018
Polşa prezidenti Adcey Dudanın amerikalı həmkarı Donald Trampla strateji əməkdaşlıq haqqında sazişi imzalayarkən çəkdirdiyi foto gülüş hədəfinə çevrilib.
"Dövran Media" xəbər verir ki, foto sosial şəbəkə üzrə meceri İvan Şilo tərəfindən "Facebook”da "Soldakı Polşa prezidentidir” başlığı ilə paylaşılıb.
Polşanın "Belsat” telekanalı heç bir səbəb göstərilmədən yazını yayımlayan əməkdaşını işdən uzaqlaşdırıb. Bununla bağlı İ.Şilo özü məlumat verib.
"Heç bir danışıq olmadan işdən çıxardılar. Ola bilsin ki, nə vaxtsa bunun haqqında ətraflı yazacam. Ola bilsin ki, yazmayacam”, - jurnalist deyib.
Foto paylaşıldıqdan sonra Polşa prezidenti sərt tənqid edilib. Şəkildə imzalanma mərasimində Trampın əyləşdiyi, Dudanın isə ayaq üstə yarım əyilmiş vəziyyətdə durması əks olunub. Bildirilib ki, Duda bununla ölkəni və xalqını təhqir edib. Onlar buna misal olaraq Kim Çen In ilə Trampın görüşünün fotosunu göstəriblər. Fotoda hər iki lider bir masa arxasında əyləşib.