Britaniya Liviyadakı səfirliyini bərpa edəcək
06.06.2022
Britaniya 8 ildən sonra Liviyadakı səfirliyini yenidən açır.
"DM" xəbər verir ki, bu barədə Britaniyanın Tripolidəki səfiri Kerolayn Hörndal Tvitter hesabında paylaşım edib.
Qeyd edək ki, Britaniya 2014-cü ilin avqustunda Liviyada vətəndaş müharibəsi alovlanandan sonra diplomatik nümayəndəliklərini bağlamışdı.