ABŞ bu ölkələri sammitə çağırmayacaq
06.06.2022
ABŞ administrasiyası Los-Ancelesdə keçiriləcək Amerika sammitinə Venesuela, Kuba və Nikaraqua nümayəndələrini dəvət etməyəcək.
"DM" xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri sammitdə iştirak edən digər ölkələrin nümayəndələri ilə bir neçə həftədir ki, məsələni müzakirə edirlər:
"Meksika Prezidenti Andres Manuel Lopez Obrador və digər ölkələrin liderləri hadisələrin fonunda sammitdə iştirakdan imtina etsələr belə, Amerika bu qərarı dəyişməyəcək”.