Rusiya XİN: Hava məkanı Lavrovun təyyarəsi üçün bağlanıb
06.06.2022
Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiq edib.
"DM" xəbər verir bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova İtaliya televiziyasına müsahibəsində bildirib.
"Siz kanalların açılmasından danışırsınız, amma 1 saat əvvəl Serbiyanı əhatə edən ölkələr xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağladı. Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağladı” – deyə Zaxarova bildirib.